İnsani Yardım GYF-nin ənənəvi iftar proqramları başladı

GYF-nin ənənəvi iftar proqramları başladı

8

Hər il ənənəvi olaraq Ramazan ayının əvvəlindən sonunadək Gəncliyə Yardım Fondunun konfrans zalında təşkil edilən iftar proqramları bu il də davam edir. Gündəlik 300 nəfər üçün hazırlanan iftar süfrələrində cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar iştirak edir və Ramazan ayının sevincini birlikdə yaşayırlar.   Bununla birlikdə Ramazan ayı boyunca imkansız ailələrə, şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə iftar süfrələri açılacaq və Ramazan bayramına 3 gün qalmışa qədər davam edəcəkdir.

Eyni zamanda Gəncliyə Yardım Fondu Ramazan ayı boyunca aztəminatlı ailələrə ərzaq yardımları paylayacaq və imkansız ailələrin bayram sevinclərinə vəsilə olacaqdır. Bu müqəddəs ayda yetimlərin, kimsəsizlərin, kasıbların və köməyə ehtiyacı olan ailələrin iftar sevinci və  bayram abı-havası Gəncliyə Yardım Fondunda yaşanacaq.

Bu vəsilə ilə Gəncliyə Yardım Fondu bütün Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edir və  hər kəsin orucunun qəbul olunmasını Allahdan diləyir.

Qeyd: Xeyriyyəçi insanlarımız Fondumuzda təşkil olunan iftarlara öz maddi dəstəklərini göstərə və ayrıca iftarların təşkilində iştirak edə bilərlər.