İnsani Yardım QHT nümayəndələri İftar süfrəsində bir araya gəldi

QHT nümayəndələri İftar süfrəsində bir araya gəldi

2

05.07.2014-cü il tarixində Gəncliyə Yardım Fondunda QHT-sədr və nümayəndələri üçün iftar süfrəsi açılıb. Tədbirdə 140-dan artıq QHT nümayəndəsi iştirak edib. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqları salamlayaraq Ramazan ayı münasibətilə hər kəsi təbrik etdi. O öz çıxışında bu gözəl günlərin dostlar arasındakı münasibətlərin günclənməsinə vəsilə olacağına inandığını vurğuladı. İftar süfrəsində iştirak edən qonaqlar fondun Ramazan ayındakı bu kimi xeyriyyə tədbirlərini yüksək qiymətləndirdilər.

Qeyd edək ki, Hər il ənənəvi olaraq Ramazan ayının əvvəlindən sonunadək Gəncliyə Yardım Fondunun konfrans zalında təşkil edilən iftar proqramları bu il də davam edir. Gündəlik 300 nəfər üçün hazırlanan iftar süfrələrində cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar iştirak edir və Ramazan ayının sevincini birlikdə yaşayırlar.