İnsani Yardım Gəncliyə Yardım Fondu Afrikaya Ramazan sovqatı göndərdi

Gəncliyə Yardım Fondu Afrikaya Ramazan sovqatı göndərdi

4

Hər il ənənəvi  olaraq Afrika ölkələrində xeyriyyə fəaliyyətlərini davam etdirən Gəncliyə Yardım Fondu bu ildə Ramazan ayı günlərində Afrikanının yerli ictimai birliyi olan REHEMA təşkilatının təşkilatçılığı ilə Tanzanya, Zanzibar bölgələrində yaşayan kasıb ailələrə ərzaq yardımları göndərib. Bu günlərdə fondun üç əməkdaşı Tanzanıyanın Darussalam şəhərinə ziyarət ediblər. Ziyarət əsanasında Azərbaycanlı xeyriyyəçilərin maddi dəstəyi ilə hazırlanan 2500 ərzaq yardımı nəzərdə tutulmuş bölgələr ziyarət edilərək ailələrə təslim edilib. Ərzaq paketlərini alan ailələr mübarək Ramazan ayı günlərində onlara göstərilən diqqət və qayğıdan məmnun qalıblar. 

Yerli əhali ilə görüşən fond nümayəndələri bu mübarək günlərdə Afrikada yaşayan müsəlman bacı və qardaşlarının yanında olmalarından böyük sevinc hissi keçirdiklərini bildiriblər. Onlar qeyd ediblər ki, bundan sonra da təmsil etdikləri fond onları yaddan çıxarmayacaq və bu uğurlu fəaliyyətlər davam etdiriləcəkdir.

Qeyd edək ki, Afrikada ziyarətdə olan Gəncliyə Yardım Fondunun nümayəndələri Darussalam şəhərində Gəncliyə Yardım Fondunun və TİKA-nın təşkilatçılığı ilə açlıacak iki su quyusunun açılış mərasimində iştirak edib bu ayın sonlarında vətənə dönəcəklər.

Gəncliyə Yardım Fondu bu xeyriyyə işində dəstək olan hər kəsə təşəkkür edir.