İnsani Yardım Türkiyə Səfirliyinin Din Xidmətləri Müşavirliyi tərəfindən Gəncliyə Yardım Fondunun konfrans salonunda şəhit...

Türkiyə Səfirliyinin Din Xidmətləri Müşavirliyi tərəfindən Gəncliyə Yardım Fondunun konfrans salonunda şəhit və gazi ailələrinə Ramazan iftarı verilmişdir

3

12.07.2014 tarixində Türkiyə Səfirliyinin Din Xidmətləri Müşavirliyi tərəfindən Gəncliyə Yardım Fondunun konfrans salonunda şəhit və gazi ailələrinə Ramazan iftarı verilmişdir. İftar programında 130 şəhid və gazi ailələri iştirak etmişdir. Tədbirdə çıxış edən Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri Dr.Sadık Eraslan qonaqları salamlayaraq, onları Ramazan ayı münasibətilə təbrik etmişdir. İftar əsnasında Dağlıq Qarabağ problemi haqqında çıxışlar olmuş və Qarabağın tezliklə işğaldan azad olunması üçün dualar edilmişdir. Tədbirin sonunda Türkiyə Diyanət Vəqfi tərəfindən göndərilən yardım çərçivəsində şəhid və gazi ailələrinə ərzaq paketləri hədiyyə edilmişdir.