“Gözlədiyimiz su gəldi. Axşamdan səhərə qədər su növbəsində dururduq. ”
Azərbaycanlı xeyriyyəçilərin təşəbbüsü ilə quraq Afrika ölkəsi olan Tanzanyanın Darussalam şəhərinin Mbondole bölgəsində su quyusu qazılaraq yerlilərin istifadəsinə verilib.Bu gün açılan su quyusuna Azərbaycanda şəhid olan Əliabadlı Musab Hafiz Emin Kürşat Yetərin adı verilib.
Su quyusunun açılış tədbirində Azərbaycandan Gəncliyə Yardım Fondu (GYF), REHEMA xeyriyyə təşkilatı və Türkiyənin bu ölkədəki səfirliyinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbyacan nümayəndə heyətinin üzvü Rüfət Şirinov çıxış edərək Mbondole əhalisini Azərbaycan xalqı adından salamladı və Ramazan ayında bu xeyriyyə fəaliyyətinin həyata keçirilməsində rolu olan hər kəsə öz təşəkkürünü bildirdi. R. Şirinov onu da qeyd etdi ki, Azərbaycan xalqı adından susuzluqdan əziyyət çəkən insanlarla birlikdə olmaq, onların problemlərinin həllində bilavasitə iştirak etmək onun üçün qürürverici bir haldır. Naqit öz çıxışında bu nəcib fəaliyyətlərin gələcəkdə də davam edtirilməsinin zəruriliyindən danışdı.
Yerlilərdən biri Azərbaycan nümayəndə heyətinə təşəkkürünü bildirərkən bəzən bir qab su üçün bütün günlərini itirdiklərini deyib.
“Azərbaycanlı qardaşlarımıza təşəkkür edirik. Gözlədiyimiz su gəldi. Biz bu günə qədər 1 vedrə su üçün axşamdan səhərə qədər su növbəsində dururduq. ”
Qeyd edək ki, eyni zamanda Gəncliyə Yardım Fondunun əməkdaşları bu ayın 25-i Tanzanyanın Susuzluqdan əziyyət çəkən bölgələrininin birində Azərbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabidin Tağıyevin adına su quyusunun açılışını təşkil edəcəklər.