Bu gün Gəncliyə Yardım Fondunda Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi XII əl işləri Xeyriyyə Sərgisinin açılış mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin İstiqlal marşı ilə açıq elan edilib.
Sərginin açılış mərasimində Milli Məclisin deputatları, Türkiyə səfirliyinin müşavirləri, Hökumət nümayəndələri və QHT rəhbərləri iştirak edib.
Sərginin açılışında çıxış edən Gəncliyə Yardım Fondu Himayəçilər Şurasının Sədri Ahmet Tecim bu işdə hər kəsi birliyə və həmrəyliyə dəvət edib.
O, öz çıxışında Azərbaycanda xeyriyyə fəaliyyətlərinin çoxaldığını və insanlararası yardımlaşmanın artdığını qeyd edib. Ahmet Tecm öz çıxışında onu da qeyd edib ki, əvvəlki illərdə təşkil edilən sərgilərdən əldə olunan vəsait Azərbaycan xalqının milli problemlərinə həsr olunmuşdur. Belə ki, keçən illərdə təşkil edilən sərgilər; “Xocalıya Yardım”, “Qarabağ Suallar və Faktlar”kitabının nəşri, “Yeddi Uşaq Evinə Yardım”, “Qocalar Evinə Yardım”, “Uşaqlar Arasında Dişlərə Qulluq Mədəniyyətinin Formalaşması”, “Qarabağ Suallar və Faktlar” kitabının türk dilində nəşri, “25 əlilə əlil arabası” “50 imkansız tələbəyə bir illik təqaüd” və “Yüz imkansız ailəyə bir illik ərzaq yardımı” “101 Arzunu Gerçəkləşdir” , 101 Ehtiyac Sahibi Ailəyə Yardım” “Körpələri Sevindirək” layihəyəsinə həsr edilmişdir. Bütün bunlara görə və xeyirxah misiyanı həyhata keçirdiyinə görə ənənəvi xeyriyyə sərgisinə Azərbaycan xalqının marağı yüksək səviyyədədir. A.Tecim, bu ilki xeyriyyə sərgisindən əldə olunacaq vəsaitin, Gəncliyə Yardım Fondunun “Ümidsizlərin Ümidi Ol!” layihəyəsində istifadə olunacağını və layihə çərçivəsində hər ay ehtiyac sahibi 50 ailəyə ərzaq paketi paylanacaq, imkansız 50 çalışqan universitet tələbəsinə aylıq təqaüd veriləcək və 50 yoxsul xəstənin dərman ehtiyaclarına sərf ediləcəyini də qeyd etdi.
Daha sonra çıxış edən Prezident Administrasiyası İctimai-Əlaqələr Şöbəsinin məsul İşçisi Rasim Mirzəyev fondun təşkil etdiyi xeyriyyə fəaliyyətini yüksək qiymətləndirdiyini bildirdi və xeyriyyəçiliyin əhəmiyyətinıə diqqət çəkdi. O eyni zamanda xanımların göz nuru və əl əməyindən istifadə edərək bu xeyirxah işləri görmələrini böyük ürək tələb etdiyini vurğuladı.
T.C. Səfirliyinin Mədəniyyət müşaviri Seyid Ahmet Arsan öz çıxışında Azərbaycan və Türk insanı arasında olan qardaşlıq və yardımlaşma duyğularından bəhs etdi.
Nazirlər Kabinetinin Məsul işçisi Abel Qədirov da öz çıxışında Gəncliyə Yardım Fondunun bütün fəaliyyətlərinin uğurlu olmasından danışaraq, fondun gələcək işlərinə uğurlar arzuladı.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva ehtiyac sahibi insanlara dövlət qayğısından danışdı. Eyni zamanda bu sahədə görüləcək işlər haqqında hər kəsi həmrəy olmağa çağırdı.
Xeyriyyə işlərində xanımlara daim köməklik edən QMİ-nin sədr müavini Qəmər Cavadlı xeyriyyə işlərinin bu şəkildə ənənə halını almasını insanlar arasında mərhəmət hissinin artmasına səbəb olacağını dedi.
Tədbirdə iştirak edən Türkiyəli məşhur yazar Səma Maraşlı da qonaqlarla öz ürək sözlərini bölüşdü və bu günlərdə Azərbaycan türkcəsinə uyğunlaşdırılan “Məhəbbətə Doğru 40 Addım” kitabını oxucuları üçün imzaladı.
Sərgini təşkil edən xanımlar adından danışan pediatr həkim Günel Əzəmmədova yaratdığı şəraitə Gəncliyə Yardım Fondunun rəhbərliyinə öz təşəkkürünü bildirdi və hər bir vətəndaşı bu işlərdə əl-ələ verib körpələrə dəstək olmağa çağırdı.
Sonra iştirakçılar 3 gün davam edəcək sərgi ilə yaxından tanış olmuşlar.