Sosial Fəaliyyətlər “Birlikdə Yaşama Əxlaqı” adı altında tədbir keçirildi

“Birlikdə Yaşama Əxlaqı” adı altında tədbir keçirildi

13

17.04.2015-ci il tarixində Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına konfrans zalında T.C. Bakı Böyükelçiliyi Din xidmətləri müşavirliyinin təşkilatçılığı ilə Hz. Məhəmməd Peyğəmbərin doğum gününə həsr olunmuş “Hz. Peyğəmbər və Birlikdə Yaşama Əxlaqı” adı altında tədbir keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin İstiqlal Marşı ilə açıq elan edilmiş və Qurani-Kərimdən ayələr oxunmuşdur.

Daha sonra Hz. Peyğəmbərimizin nümunəvi həyatında sevgi, hörmət və mərhəmətə verdiyi dəyərləri özündə əks etdirən video rolik nümayiş etdirilmişdir.

Tədbiri çıxış sözüylə açıq elan edən T.C. Bakı Böyükelçiliyi Din xidmətləri müşaviri Prof.Dr. Kamil Günəş bütün qonaqları salamlayaraq tədbirin önəm və əhəmiyyətindən danışdı və tədbirin ərsəyə gəlməsində əməyi olna hər kəsə öz təşəkkürünü bildirdi. 

Tədbirdə çıxış edən Türkiyə Cumhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri İsmail Alper Coşkun tədbirin adına diqqət çəkərək Hz. Peyğəmbər və Birlikdə Yaşama əxlaqının bugünki günümüzdə vacibliyindən danışdı.

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı öz çıxışında Dinlərarası dialoq və tolerantlığın hər zaman Azərbaycanda olduğu, bütün dinlərə mənsub insanların tarix boyu bu torpaqlarda dostluq  və qardaşlıq ruhu içərisində yaşadıqlarını vurğulayıb.

Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsi sədr müavini Hacı Salman Musayev tədbirin təşkilatçılarına təşəkkür edib və Peyğəmbər əxlaqının əhəmiyyətindən danışıb. 

Türkiyə Diyanət Vəqfi Başqanının müavini Prof.Dr. Hasan Kamil Yılmaz öz çıxışında Hz. Peyğəmbərin həyatında sevgi, hörmət və mərhəmətə verdiyi dəyərlər haqqında danışıb.

Tədbirdə İrfan jurnalı, Bizim Ailə Jurnalı və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə təşkil edilən “Nəti-Şərif” şeir oxuma müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Son olaraq tədbirə ev sahibliyi edən Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Ahmet Tecim bütün qonaqlara təşəkkür edib və Azərbaycan və Anadolu torpaqlarının yetişdirdiyi tarixi şəxsiyyətlərin nümunəvi həyat tərzinə diqqət çəkib.

Tədbirin sonunda qonaqlara Din İşləri Müşavirliyi tərəfindən nəşr edilən kitablar həqiyyə edilib və qonaqlar üçün  yemək süfrəsi açılmışdır.