Sosial Fəaliyyətlər Çanaqqala şəhidləri anıldı

Çanaqqala şəhidləri anıldı

10

18.04.2015-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan və Türkiyə şəhidlərini anma tədbiri keçirilib. 

“Keçmişdən gələcəyə Çanaqqala ruhu” mövzusunda sərgi-tədbir TİKA Bakı koordinatorluğu, Gəncliyə Yardım Fondu və Azərbaycan Milli QHT Formunun birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə bir sıra dövlət və hökumət nümayəndələri, QHT rəhbərləri və KİV nümayəndələri iştirak ediblər. 


Əməkdar artist Ağalar Bayramovun idarə etdiyi mərasimdə əvvəlcə şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Ardınca isə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Daha sonra dövlət nümayəndələrinə; onlardan – Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Rasim Mirzəyevə, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri Rauf Zeyniyə, Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat müşaviri Həmid Karadənizə, Şimali Kipr türk Cümhuriyyəti Bakı nümayəndəsi Sadəddin Topukçuya, millət vəkili Musa Qasımlıya, TİKA-nın Bakıdakı koordinatoru Mustafa Haşim Polata və Gəncliyə Yardım Fondunun Himayəçilər Şürasının Sədri Ahmet Tecimə söz verilib.

Tədbirdə çıxış edənlər Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevicimizdir!”, Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamlarını xatırladıblar.

“Savalan” musiqi qrupunun ifasında qəhrəmanlıq nəğmələri səsləndirilib, şanlı Çanaqqala qələbəsini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirin sonunda Türkiyənin tanınmış yazıçısı Bahadır Yenişehirlioğlunun Bakı Dövlət Universitetinin müəllimi Mehriban Əbdürrəhimova tərəfindən Azərbaycan türkcəsinə uyğunlaşdırılan “Eşq Cəbhəsi” kitabının ölkəmizdə təqdimatı və müəllifin imza mərasimi keçirilib. Çox sayda oxucu müəllifin imza almaq üçün saatlarla növbəyə düzülüb.