İnsani Yardım “Hacı Zeynalabdin Tağıyev adına xeyriyyəçilik məktəbi” layihəsinə start verildi

“Hacı Zeynalabdin Tağıyev adına xeyriyyəçilik məktəbi” layihəsinə start verildi

5

Qeyri-hökümət təşkilatları və ictimaiyyət nümayəndələrinin iştrakı ilə 02.05.2015 tarixində təşkil edilən layihə təqdimatı təşkilatçılar – “ Damla” İctimai Birliyi, “Yeni Yol” İctimai Birliyi, Gəncliyə Yardım Fondu, və TİKA- Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Bakı ofisi tərəfindən Gəncliyə Yardım Fondunun konfrans salonunda həyata keçirildi. Xeyriyyəçilik işləri mövzusunda davamlı seminar və təlimlərin keçirilməsini əhatə edən layihənin təqdimatı tədbir iştrakçıları tərəfindən böyük maraqla qarşılandı. Tədbirdə ali məktəb tələbələri, ictimai-sosial fəallığı və xeyriyyəçilik işinə həvəsi ilə fərqlənən gənclər iştrak edirdilər.

“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri A. Abdullayevin layihə təqdimatı çıxışından sonra, TİKA Bakı Koordinatoru müavini İsmayıl bəy Güllek layihə haqqında fikirlərini bildirdi. Tədbir Gəncliyə Yardım Fondunun himayəçilər şurasının sədri Ahmet Tecim bəyin təqdimatında layihənin ilkin təlimi ilə davam etdi. Təlimlərdə iştrak edəcək gənclər içərinsindən ideya yaradıcılığı və fəallığı ilə fərqlənənlər layihənin sonunda Türkiyə Cümhuriyyətində geniş fəaliyyəti olan xeyriyyə təşkilatlarında iş təcrübəsi və fəaliyyət təkmilləşdirilməsi təlimlərində işrtak edəcək, daha sonrasında isə aclıq və səfalət içərində olan Afrika ölkələrindən birində yardım məqsədilə həyata keçiriləcək xeyriyyə layihəsində iştrakçı olacaqlar.