Təhsil Fəaliyyətləri Yay Düşərgəsinin İştirakçılarına Diplomlar Təqdim Edildi

Yay Düşərgəsinin İştirakçılarına Diplomlar Təqdim Edildi

6

Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə İyun ayının 8-dən başlayan iki həftəlik yay düşərgəsinin iştirakçılarına diplomlarla təqdim edilib.

Yay düşərgəsində 25 nəfər 12-14 yaş qrupundan olan oğlan uşaqları iştirak edib. Badamdar qəsəbəsində təşkil edilən düşərgədə iştirakçılara hər gün 4 saat bir-birindən maraqlı dərs proqramı və 3 dəfə bir-birindən ləziz yeməklər verilib. Eyni zamanda düşərgə iştirakçıları 5 gün İsmayıllı rayonuna da səfər ediblər. Orada üzgüçülük hovuzu və futbol meydançasında istirahətlərini davam etdiriblər. İştirakçılar İsmayıllı rayonunun gəzməli və görməli yerlərində də olublar. Düşərgənin başğlanış mərasimində uşaqların velideynləri və Gəncliyə Yardım Fondunun məsul nümayəndələri iştirak edib. Bağlanış tədbirində iştirak edən Gəncliyə Yardım Fondu Himayəçilər Şurasının Sədri Ahmet Tecim uşaqların gələcək fəaillyətlərində uğurlar arzulayıb. Valideynlər də öz növbələrində düşərgədəki tədris əsnasında uşaqların təlim-tərbiyəsinə xüsusi diqqət yetirən təşkilatçılara minnətdarlıqlarını bildiriblər.Tədbirin sonunda təşkilatçılar tərəfindən uşaqlara diplomlar təqdim edilib və xatirə şəkilləri çəkilib.