Sosial Fəaliyyətlər Samsun Canik Bələdiyə Başqanı Gəncliyə Yardım Fondunun Qonağı Olub

Samsun Canik Bələdiyə Başqanı Gəncliyə Yardım Fondunun Qonağı Olub

7

23.06.2015-ci il tarixində TİKA-nın dəstəyi ilə Bakıda keçirilən görüşlərdə iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyə Cumhuriyyəti Samsun Canik Bələdiyə Başqanı Osman Genç və rəhbərliyindəki heyət Gəncliyə Yardım Fondunun qonağı olub.

Fondun kollektivi ilə görüşən qonaqlara, günü gündən inkişaf edən Azərbaycan haqqında geniş məlumat verilib.

Çay süfrəsi ərtafında davam edən görüşdə Fondun həyata keçirdiyi fəaliyyətləri özündə əks etdirən video-rolik nümayiş etdirilib. Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının Sədri Ahmet Tecim qonaqlara Azərbaycanda görülən xeyriyyə işləri, Ramazan ayı ərəfəsində açılan iftar süfrələri və Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətləri haqqında geniş məlumat verib.

Qonaqlar Gəncliyə Yardım Fondunun bütün kollektivinə bu uğurlu fəaliyyətlərinə görə öz təşəkkürlərini bildiriblər və Fondun həyata keçirdiyi layihələrin iki dövlət arasındakı qardaşlıq əlaqələrinin daha da inkişafındakı əhəmiyyətindən danışıblar.

Görüşün sonunda qonaqlarla qarşılıqlı hədiyyələr, o cümlədən “Qarabağ: Suallar və Faktlar” və “Qardaş Köməyi” kimi milli-mənəvi dəyərlərimizi özündə əks etdirən kitablar təqdim edilib və xatirə şəkilləri çəkilib.