Sosial Fəaliyyətlər GYF “Müasir İnkişaf” İctimai Birliyini Təbrik Etdi

GYF “Müasir İnkişaf” İctimai Birliyini Təbrik Etdi

5

Bu gün “Müasir İnkişaf” İctimai Birliyi AMEA İnsan Hüquqları İnstitutunun dəstəyi ilə 10 illik fəaliyyətinin yekunu olaraq Hesabat-konfrans keçirib.  AMEA İnsan Hüquqları İnstitutunun akt zalında keçirilən konfransda Birliyin İdarə Heyətinin sədri Mübariz Göyüşlü ötən müddət ərzində görülmüş işlərlə bağlı Hesabatla çıxış edib. Tədbirdə bu müddət ərzində birgə əməkdaşlıq etdikləri qurumların təmsilçiləri, ziyalılar və s. görülmüş işlərə münasibətlərini bildiriblər. Eyni zamanda tədbirdə Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev  də iştirak edib və “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlüyə Fond rəhbərliyi adından  xatirə hədiyyəsi təqdim edib.

Tədbirin sonunda qonaqlara Birliyin fəaliyyətinin nəticəsi olaraq “Azərbaycan Milli Kimliyi” kitabı, “Türk Eli” jurnalı və s. təqdim olunub.