İnsani Yardım Bilik Günündə Şagirdlər Sevindi

Bilik Günündə Şagirdlər Sevindi

2

Gəncliyə Yardım Fondu Bilik Günü münasibəti ilə şagirdləri sevindirdi.

Bu gün Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev başda olmaqla fondun bir neçə əməkdaşı  Bilik günü münasibəti ilə şagirdlərlə görüş keçiriblər. 15 sentyabr Bilik Günü münasibəti ilə Abşeron Rayonu Aşağı Güzdək Qəsəbəsi S. Əzizov adına tam orta məktəbin kollektivi ilə görüşən fond əməkdaşları şagirdlərə yeni təhsil ilində uğurlar arzulayıblar. Eyni zamanda Fondun əməkdaşları eyni məktəbdə təhsil alan aztəminatlı ailələrin övladları olan 100 şagirdinə tam dəst məktəbli ləvazimatları hədiyyə edib.

Görüşün sonunda yeni tədris ilinə qədəm qoymuş şagirdlərlə xatirə şəkilləri çəkilib və xeyir dualar verilib.