Sosial Fəaliyyətlər “Bakı Gənclik Akademiyası” Öz İşinə Başladı

“Bakı Gənclik Akademiyası” Öz İşinə Başladı

11

17.10.2015-ci il tarixində Gəncliyə Yardım Fondu və Könüllü Gənclər İctimai Birliyinin təşkilatçılığı, TİKA Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə “Bakı Gənclik Akademiyası” layihəsinə strat verilib. Tədbiri giriş sözü ilə açıq elan edən Gəncliyə Yardım Fondu Himayəçilər Şurasının sədri Ahmet Tecim Azərbaycan gəncliyinə yönəlmiş dövlət qayğısından və fondun gənclər sahəsində gördüyü işlərdən, dövlətimizin uğurlu gələcəyi üçün gənclərin qarşısında duran prioritet vəzifələrdən danışıb. 

Daha sonra söz layihə çərçivəsində təşkil olunan seminara dəvət edilmiş Millət Vəkili Fazil Mustafaya verilib. Millət Vəkili  Fazil Mustafa “Bakı Gənclik Akademiyası”nın iştirakçılarına Mədəniyyətimiz, Tariximiz və Mənəviyyatımız mövzusunda geniş məlumat verib. Tədbirin sonunda təşkilatçılar və tələbələrlə birlikdə xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, layihə çərçivəsində “Bakı Gənclik Akademiyası”nın iştirakçılarına bir il boyunca Azərbaycanın tanınmış simaları tərəfindən müxtəlif və maraqlı mövzular haqqında seminarlar veriləcəkdir.