Təhsil Fəaliyyətləri ‎“Mənim bayrağım” müsabiqəsinin qalibləri mükafatlandırıldı ‎

‎“Mənim bayrağım” müsabiqəsinin qalibləri mükafatlandırıldı ‎

7

Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondu tərəfindən “9 noyabr – Dövlət Bayrağı günü” münasibətilə konfrans və Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Mənim bayrağım”mövzusunda keçirilən inşa-yazı və şeir müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Gəncliyə Yardım Fondu fondununu Hacı Zeynalabidin Tağıyev adına konfrans zalında təşkil olunan tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun Vitse prezidenti Salman Əliyev, Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, Azərbaycan Respublikası “Beynəlmiləlçi  Döyüşçülər” Fondunun Prezidenti Sərraf Oruc, şagirdlər və valideyinlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni oxumaqla acıq elan olunub.

Konfransı giriş sözü ilə açan Raqif Abbasov tədbirin əhəmiyyətindən söz açıb, müsabiqənin 2 mərhələdə keçirildiyini bildirib: “Məktəblilərin bu mövzuya həvəs göstərməsi və yüzlərlə şagirdin müsabiqəyə qatılması Azərbaycanda yüksək mənəvi keyfiyyətlərə malik gəncliyin yetişdiyinin bariz nümunəsidir. Dövlət Bayrağı ən böyük mənəvi dəyər, müstəqilliyimizin, Azərbaycançılığın rəmzidir”. deyə bildirib.

Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev də öz çıxışında; Bir milləti millət edən dəyərlərin başında milli və mənəvi dəyərlər gəlir. Hər millətin müqəddəs saydığı və uğrunda mübarizə apardığı dəğərlər vardır.

Bunlar: Dil, din, tarix, torpaq və bayraqdır. Bunların her biri digərindən qiymətli  dəyərlərimizdir. Millətlər bu dəyərlər yaşadıqca var olarlar. Bayraq da bu dəyərlərin başında gəlir. Bayraq bir millətin müstəqilliyinin rəmzidir. Bayraq hər bir millətin mənəvi varlığını təmsil edər. Bunun üçün bayraq müqəddəsdir ki, bayragı canımızdan daha dəyərli sayırıq.

Daha sonra çıxış edən, Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, gəncliyinin milli-mənəvi ruhda tərbiyə olunmasında Ulu Öndər Heydər Əliyev və Onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi əvəz olunmaz işlərlə gənclərə doğru yol göstərdiyini diqqətə çatdırıb.

 Vurğulanıb ki, Azərbaycanda dövlət bayrağımızı işğal altında olan Dağlıq Qarabağ torpaqlarında ucaldacaq gənclik yetişib və gənclərimiz hər an buna hazırdırlar.

 Daha sonra mükafatlandırma mərasimi keçirilib. 

 İlk öncə “Mənim bayrağım” mövzusunda keçirilən inşa-yazı və şeir müsabi­qəl­ə­rində fərqlənmiş 8 şagird, sonra isə qaliblər müakafatlandırılıblar.

İnşa-yazı müsabiqəsinin qalibləri:

1-ci yer – Fidan Rzayeva -287 saylı orta məktəb (Xətai)

2-ci yer – Natavan İsmayılova –Ankara məktəbi (Nərimanov)

3-cü yer – Fidan Cəfərova -115 saylı orta məktəb (Binəqədi)

Şer müsabiqəsinin qalibləri:

1-ci yer – Zeynalabidin Bağırzadə -238 saylı orta məktəb (Nizami)

2-ci yer –Rauf Əliyeva -42 saylı orta məktəb (Nəsimi)

3-cü yer – Nigar Cəfərzadəi -322 saylı orta məktəb (Xəzər)

Tədbirin sonunda təşkilatçılar tərəfindən şagirdlərə  xatirə hədiyyəsi təqdim edilib və şagirdlərlə birlikdə şəkil çəkdirilib.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan Dövlət Bayrağı gününun geniş qeyd edilməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.7-ci bəndinin icrası, orta ümumtəhsil məktəblərinin şagirdləri arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinin davam etdirilməsinə nail olmaq, yeniyetmə və gənclər arasında Dövlət atributlarının təbliği, istedadlı şagirdlərin şeir və inşa-yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılmasından ibarətdir.