İnsani Yardım Gədəbəy rayonunda fiziki qüsürlü soydaşlarımıza 10 əlil arabası verildi.‎

Gədəbəy rayonunda fiziki qüsürlü soydaşlarımıza 10 əlil arabası verildi.‎

2

İnsanları sevmək, onlara qayğı göstərmək, ən azından onların dərdlərinə şərik olmaq, imkansız ailələrə imkanımızın çatdığı qədər yardımların edilməsi ən azından insanlıq və vətəndaşlıq borcumuzdur. Bir insanı sevindirməyin nə qədər dəyərli bir əməl olduğunu hər birimiz çox yaxşı bilirik. Hələ sevindirdiyimiz insanın fiziki qüsurlu olması, özünü kifayət qədər istədiyi kimi idarə edə bilməməsi və onun digər insanlardan daha çox qayğıya ehtiyacı olması işin əhəmiyyətinin daha da böyüklüyündən xəbər verir.

Bu ülvi qayəni qarşısına məqsəd qoyan Gəncliyə Yardım Fondu  Gədəbəy rayonunda və kəntlərində 10 fiziki qüsürlü vətəndaşlara əlil arbasına olan ehtiyacını qarşılamışdır.  Onların da istədiyi yerə rahat getmələri və hərəkətlərinin yaxşılaşdırılması üçün  əlil arabalarına ehtiyacları var idi. Soydaşlarımızın əlil arabasına olan ehtiyacı Fond tərəfindən hədiyyə edildi. Ailələrinin maddi vəziyyəti pis olması səbəbilə ala bilmədikləri əlil arabalarını Gəncliyə Yardım Fondu tərəfindən ehtiyac sahiblərinə hədiyyə edilməsi, onlar üçün böyük bir sevinc qaynağına çevrilmişdir.

Əlil arabası Fondun əməkdaşları tərfindən bir başa vətəndaşlarımızn yaşadqları mənzillərə çatdırılmış və şəxsən özlərinə təqim edilmişdir.