İnsani Yardım Həmrəylik Günü Ərəfəsində GYF-dən Daha Bir Xeyirxah Addım

Həmrəylik Günü Ərəfəsində GYF-dən Daha Bir Xeyirxah Addım

1

Gəncliyə Yardım Fondu  Cəlilabad rayonunda 4 ədəd əlilliyi olan şəxsləri və sağlamlıq imkanları məhdud uşaqları əlil arabaları ilə təmin edib.

Regionlarda yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar müvafiq hallarda əlil arabaları ilə faktiki yaşadıqları rayonlarda, Gəncliyə Yardım Fondu  tərəfindən təmin olunurlar. Bu isə həmin insanların əlil arabaları ilə təmin olunmaq üçün, uzaq məsafə qət edərək və xərc çəkərək Bakıya gəlmək çətinliyinin aradan qalxmasına, onların daha rahat və şəffaf şəkildə yararlanmalarına şərait yaradıb.

Qeyd olunan işlərin davamı kimi, son 4 gündə Gəncliyə Yardım Fondu  tərəfindən Şəmkir rayoununda 10, Gədəbəy rayonunda 10 və  Cəlilabad rayonunda 4 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşaqlara əlil arabaları fondun nümayəndələri tərəfindən avtomaşınla onların faktiki yaşadıqları ünvanlara aparılmaqla şəxsən təqdim olunub.

Bu münasibətlə təşkil olunan tədbirdə Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin prezidenti Məhluqə Rəhimova, əlil uşaqlar və onların valideynləri iştirak ediblər.

Xatırladaq ki, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar yaşadıqları rayonun Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən onlara əlil arabasının verilməsi barədə qərar (arayış) verildiyi halda əlil arabası ilə təmin olunurlar.