İnsani Yardım GYF Onlarıda Sevindirdi

GYF Onlarıda Sevindirdi

9

Gəncliyə Yardım Fondu  İmişli rayonunda 3 ədəd əlilliyi olan və sağlamlıq imkanları məhdud şəxsləri əlil arabaları ilə təmin edib.

İmişli rayonunda yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud vətəndaşlar əlil arabaları ilə faktiki yaşadıqları ünvanlarda, Gəncliyə Yardım Fondu  tərəfindən Abbasova Azadbəyim Bəndalı qızı, Tağıyev Ataxan və Şirinov Əli Nemət oğlu əlil arabaları ilə təmin olundular.

Beynəlxalq aləmdə də əlillərə qayğı və diqqəti artırıb. Onların hüquqlarının qorunması sahəsində bir sıra tədbirlər həyata keçirilib. Bu münasibətlə təşkil olunan tədbirdə Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev və Azərbaycan respublikasının millət vəkili Çingiz Qənizadə, əlilliyi olan şəxslər və onların yaxınları iştirak ediblər.

Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev  əlil arabalarını təqdim edərkən qeyd edib ki, Əlillərin sosial müdafiəsi ilə bağlı ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi ildən-ilə gücləndirilib, onların cəmiyyətə inteqrasiyasına xidmət edən tədbirlər görülüb.

Daha sonra Azərbaycan respublikasının millət vəkili Çingiz Qənizadə  bildirib ki, əlillərin, şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Əlillərin pensiyaları, onlara edilən maddi yardımlar ildən-ilə artırılır. Prezident İlham Əliyevinin xüsusi tapşırığına əsasən, əlillərin evlə təmin olunması istiqamətində böyük işlər görülüb və görülməkdədir

Xatırladaq ki, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar yaşadıqları rayonun Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən onlara əlil arabasının verilməsi barədə qərar (arayış) verildiyi halda əlil arabası ilə təmin olunurlar.