Təhsil Fəaliyyətləri 10 min şəxsə və beynəlxalq qurumlara Xocalı həqiqətləri barədə e-mail göndərilib

10 min şəxsə və beynəlxalq qurumlara Xocalı həqiqətləri barədə e-mail göndərilib

11

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu Xocalı soyqırımının XXIV-il dönümünə həsr olunmuş “Müharibə uşaqların gözü ilə” mövzusunda inşa yazı müsabiqəsinin yekun mükafatlandırma mərasimi keçirilib. Müsabiqə Bakı şəhər orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında təşkil edilib.

Təşgil olunan müsabiqədə bir sıra Qeyri Hökumət Təşkilatları və Tələbə Gənclər Təşkilatlarının sədrləri iştirak edib. Tədbir şagirdlərin dünyagörüşünün genişləndirilməsi və Azərbaycan tarixinin öyrənilməsi yolu ilə gənclər arasında vətənpərvərlik səviyyəsinin yüksəldilməsi və fevralın 26-da Xocalı soyqırımında ölənlərin xatirəsini yad etmək məqsədi ilə keçirilib.

Tədbirə gələn qonaqlara Xocalı faciəsini əks etdirən fotosərgi nümayiş etdirilib. İlk əvvəl müsabiqə Xocalı soyqırmı şəhidlərinin xatirəsini 1 dqəiqədlik sükütla yad etməklə və Azərbaycan respublikasının dövlət himni oxumaqla başlayıb.  Tədbirdə Xocalı faciəsini əks etdirən foto sərgi təşkil edilib, dünya ictimaiyyətini məlumatlandırmaq üçün on min şəxs və beynəlxalq təşkilatların e-mail ünvanlarına Xocalı faciəsini əks etdirən tam məlumatlar göndərilib.

Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Əhməd Tecim bəy bildirdi ki,  belə tədbirlərin keçirilməsinin tarixi həqiqətlərin öyrənilməsi baxımından çox  zəruridir. Şəhidlərin ölməzliyindən danışan sədr, gəncliyimizin şəhidlər qarşısındakı borcları, düşmən tapdağı altında qalan Qarabağ torpaqlarını, düşmən əsarətindən azad etmələri olduğunu vurğuladı. Azərbaycan xalqının tarixi boyu erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalması, öz tarixi topraqlarından qovulmasından, qaçqına və məcburi köçkünə çevrilməsini və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmasını, tariximizin soyqırım səhifəsi olan Xocalı faciəsinin bütün həqiqətlərini olduğu kimi gənc nəsillərə çatdırmaq, ərazi iddialarını əsaslandırmaq üçün davamlı olaraq yeni-yeni əsassız tezislər uyduran erməni millətçilərinin anti-Azərbaycan təbliğatına, məkrli siyasətinə, ideoloji təxribatlarına qarşı ayıq-sayıq olmasının orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında təbliğini gücləndirməkdən ibarət olduğunu bildirib.

Daha sonra, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov milli vətənpərvərlik ruhda yetişən Azərbaycan gəncliyinin öz haqq səslərinin dünya ictimaiyyətinə çatdırmağın zəruriliyindən danışdı. Eyni zamanda tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının içtimai siyasi şöbəsnin əməkdaşı Rasim Mirzəyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Türkiyənin Azərbaycandakı səfirliyinin Mətubat müşaviri Hamit Karadeniz, Şair Vaqif Nəcəfzadə və Xocalı Soyqırımı Tanıtma İçtimai Birliyinin sədri Şamil Sabiroğlu çıxış edərək gənc nəsilə öz tövsiyələrini verdilər.

“Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondu tərəfindən müvafiq dərəcəli diplomlarla və pul mükafatları ilə təltif olunub.

Müsabiqədə, Qaradağ rayon 139 saylı orta ümumtəhsil məktəbinin şagirdi Rəhimov Rufət birinci, Nizami rayon 10 saylı orta məktəbinin IX sinif şagirdi Abdullayeva Mehrubə ikinci, Binəqədi rayon 182 saylı orta məktəbinin şagirdi İbrahimova Nərmin isə üçüncü yerə layiq görülüb.

Qeyd edək ki, Pul mükafatı, müsabiqədə yer tutmuş və fərqlənmiş şagirdlərə Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu tərəfindən ödənilib.