İnsani Yardım Onlara Dəstək İnsanlığa Hörmətdir

Onlara Dəstək İnsanlığa Hörmətdir

2

Gəncliyə Yardım Fondu  Səlyan rayonunda əlilliyi olan sağlamlıq imkanı məhdud uşağı əlil arabası ilə təmin edib.

Regionlarda yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar müvafiq hallarda əlil arabaları ilə faktiki yaşadıqları ünvanda,  təqdim olunur. Bu məqsədlə, Gəncliyə Yardım Fondu  tərəfindən  Səlyan rayonu Yenikənd kənd sakini 2006-cı il təvəllüdlü Ələkbərov Məhəmməd Elşən oğlu əlil arabası ilə təmin olundu. 10 yaşlı Məhəmməd “anadangəlmə uşaq serberar iflici hipertenik elmentlər” diqanozu ilə 1-ci qrup əlildir. Əlilliyi olan insanların əlil arabaları ilə təmin olunmaq üçün, uzaq məsafə qət edərək və xərc çəkərək Bakıya gəlmək çətinliyinin aradan qalxmasına, onların daha rahat və şəffaf şəkildə yararlanmalarına Gəncliyə Yardım Fondu şərait yaradıb.

Xatırladaq ki, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar yaşadıqları rayonun Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən onlara əlil arabasının verilməsi barədə qərar (arayış) verildiyi halda əlil arabası ilə təmin olunurlar.