İnsani Yardım GYF Onların Həyatına Rəng Qatdı

GYF Onların Həyatına Rəng Qatdı

6

Gəncliyə Yardım Fondu  Sabirabad rayonunda 3 ədəd əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud insanları əlil arabaları ilə təmin edib.

Regionlarda yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar müvafiq hallarda əlil arabaları ilə faktiki yaşadıqları rayonlarda, Gəncliyə Yardım Fondu  tərəfindən təmin olunurlar. Bu isə həmin insanların əlil arabaları ilə təmin olunmaq üçün, uzaq məsafə qət edərək və xərc çəkərək Bakıya gəlmək çətinliyinin aradan qalxmasına, onların daha rahat və şəffaf şəkildə yararlanmalarına şərait yaradıb.

Bu məqsədlə, Gəncliyə Yardım Fondu  tərəfindən,  Sabirabad rayonu Viladimirovka kənd sakini 1973-cü il təvəllüdlü Əizizov Məzahir Allahşükür oğlu, Əlibayramlı rayonu Güdəchür kənd sakini 1960-cı il təvəllüdlü  Əlişov Məmmdəqulu Əlizamin oğlu, və Sabirabad rayonu Navadan kənd sakini 1979-cu il təvəllüdlü  Abdullayev Fəraməd Eynulla oğlu əlil arabaları ilə təmin olundular.

Məlumat üçün bildirək ki,  əlil arabası verilən vətəndaşların hər biri  1-ci qrup əlildir.

Qeyd olunan işlərin davamı kimi, son 2 ayda  Gəncliyə Yardım Fondu  tərəfindən İmişli rayoununda 3, Sabirabad rayonunda 3 və  Səlyan rayonunda 1 nəfər əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara əlil arabaları, fondun nümayəndələri tərəfindən avtomaşınla onların faktiki yaşadıqları ünvanlara aparılmaqla şəxsən təqdim olunub.

Bu münasibətlə təşkil olunan tədbirdə Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, əlil uşaqlar və onların valideynləri iştirak ediblər.

Xatırladaq ki, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar yaşadıqları rayonun Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən onlara əlil arabasının verilməsi barədə qərar (arayış) verildiyi halda əlil arabası ilə təmin olunurlar.