İnsani Yardım “Bir Həyata Yol Ver”mək üçün Hər Kəs Bir Araya Gəldi‎

“Bir Həyata Yol Ver”mək üçün Hər Kəs Bir Araya Gəldi‎

6

Bu gün Gəncliyə Yardım Fondunda Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi XIII əl işləri Xeyriyyə Sərgisinin açılış mərasimi keçirilib.

Sərginin açılış mərasimində Milli Məclisin deputatları, Türkiyə səfirliyinin müşavirləri, Hökumət nümayəndələri və QHT rəhbərləri iştirak edib. 

Sərginin açılışında çıxış edən Gəncliyə Yardım Fondu Himayəçilər Şurasının Sədri Ahmet  Tecim bu işdə hər kəsi birliyə və həmrəyliyə dəvət edib.

 O, öz çıxışında Azərbaycanda xeyriyyə fəaliyyətlərinin çoxaldığını və insanlararası yardımlaşmanın artdığını qeyd edib. Ahmet Tecm öz çıxışında onu da qeyd edib ki, əvvəlki illərdə təşkil edilən sərgilərdən əldə olunan vəsait Azərbaycan xalqının milli problemlərinə həsr olunmuşdur. 

Belə ki,  keçən illərdə təşkil edilən sərgilər; “Xocalıya Yardım”, “Qarabağ Suallar və Faktlar”kitabının nəşri, “Yeddi Uşaq Evinə Yardım”, “Qocalar Evinə Yardım”, “Uşaqlar Arasında Dişlərə Qulluq Mədəniyyətinin Formalaşması”, “Qarabağ Suallar və Faktlar” kitabının türk dilində nəşri,  “25 əlilə əlil arabası” “50 imkansız tələbəyə bir illik təqaüd”   və “Yüz imkansız ailəyə bir illik ərzaq yardımı” “101 Arzunu Gerçəkləşdir” , 101 Ehtiyac Sahibi Ailəyə Yardım” “Körpələri Sevindirək”və “Ümidsizlərin Ümidi Ol”  layihəyəsinə həsr edilmişdir. Bütün bunlara görə və xeyirxah misiyanı həyhata keçirdiyinə görə ənənəvi xeyriyyə sərgisinə Azərbaycan xalqının marağı yüksək səviyyədədir. A.Tecim, bu ilki xeyriyyə sərgisindən əldə olunacaq vəsaitin, Gəncliyə Yardım Fondunun “Bir Həyata Yol Ver!” layihəyəsində istifadə olunacağını və layihə çərçivəsində hər ay ehtiyac sahibi 50 ailəyə ərzaq paketi paylanacaq, imkansız 50 əlilə əlil arabası veriləcək və Milli Dəyərlərimizdə Ailə və Uşaq kitabının nəşrinə ediləcəyini də qeyd etdi. 

Daha sonra çıxış edən Prezident Administrasiyası İctimai-Əlaqələr Şöbəsinin məsul İşçisi Rasim Mirzəyev fondun təşkil etdiyi xeyriyyə fəaliyyətini yüksək qiymətləndirdiyini bildirdi və xeyriyyəçiliyin əhəmiyyətinıə diqqət çəkdi. O eyni zamanda xanımların göz nuru və əl əməyindən istifadə edərək bu xeyirxah işləri görmələrini böyük ürək tələb etdiyini vurğuladı.

Türkiyə Cumhuriyyətinin Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri Alper Coşkun öz çıxışında fond rəhbərliyini təbrik edərək insanlığın yaşadığını bu kimi xeyriyyə işləri ilə göstərməyin vacib olduğunu qeyd etdi.  

Tədbirdə çıxış edən Milli məclisin deputatları Qənirə Paşayeva, Sevinc Hüseynov və Fazil Mustafa Gəncliyə Yardım Fondunun bu ənənəsini yüksək qiymətləndirdilər.

T.C. Səfirliyinin Din İşləri Müşaviri Prof.Dr, Kamil Günəş öz çıxışında Azərbaycan və Türk insanı arasında olan qardaşlıq və yardımlaşma duyğularından bəhs etdi.

Nazirlər Kabineti Aparatının Məsul işçisi Cəlil Hacıyev də öz çıxışında Gəncliyə Yardım Fondunun bütün fəaliyyətlərinin uğurlu olmasından danışaraq, fondun gələcək işlərinə uğurlar arzuladı.

TİKA bakı koordinatoru Musatafa Haşim Polat da bu ənənənin davam etdirilməsinin zəruriliyindən bəhs etdi.

Sərgini təşkil edən xanımlar adından danışan pediatr həkim Günel Əzəmmədova yaratdığı şəraitə Gəncliyə Yardım Fondunun rəhbərliyinə öz təşəkkürünü bildirdi və hər bir vətəndaşı bu işlərdə əl-ələ verib körpələrə dəstək olmağa çağırdı.

    Sonra iştirakçılar 4 gün davam edəcək sərgi ilə yaxından tanış olmuşlar.