Təhsil Fəaliyyətləri GƏNCLƏRİMİZ DƏYƏRLƏRİMİZƏ SAHİB ÇIXDI

GƏNCLƏRİMİZ DƏYƏRLƏRİMİZƏ SAHİB ÇIXDI

3

Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Gənclik və Dəyərlərimiz” layihəsinin mükafatlandırma mərasimi keçirildi.

Tədbirin açılış mərasimində çıxış edən Gəncliyə Yardım Fondu Himayəçilər Şurasının Sədri Ahmet Tecim yetişməkdə olan gəclərimizin həyatında keçmişdən bu günümüzə qədər ata-babalarımızın qoruyub bizə miras buraxdığı dəyərlərin əhəmiyyətindən danışıb. Tədbirdə iştirak edən millət vəkili Məlahət İbrahimqızı öz çıxışında Azərbaycan-Türkiyə qardaşlığından, milli-mənəvi dəyərlərə sahib çıxmağın vacibliyindən söz açıb.

Türkiyə Cümhuriyyətinin Bakı Böyükelçiliyinin mətbuat müşaviri Hamit Karadeniz söz alaraq mənəvi cəhətdən yüksək ruha sahib olan gənclərin millətin gələcəyi naminə böyük addımlar atacağını qeyd edib. Elm xadimi, publicist, sosioloq Əhməd Qəşəmoğlu dünyanın Türk-İslam mədəniyyətinə duyduğu ehtiyaca toxunaraq milli-mənəvi dəyərlərimizi öyrənməyin zərurətindən danışıb.

Qeyd edək ki, layihə çərçivəsində 13-17 yaş qrupu yeniyetmələr üçün milli-mənəvi dəyərlərimiz mövzusunda təşkil edilən müsabiqədə Azərbaycanın müxtəlif bölgələrindən olan 200 yeniyetmə iştirak edib. Müsabiqə Gəncliyə Yardım Fondu tərəfindən hazırlanan Dəyərlərimiz kitabından hazırlanan suallar əsasında baş tutub.

Layihənin əsas məqsədi yeniyetmələr arasında ana-ata sevgisi, müəllimə hörmət, vətən sevgisi və bunun  kimi dəyərlərimizin təbliği və təşviqi olub.

Müsabiqədə fərqlənən 6 yeniyetməyə həvəsləndirici hədiyyə olaraq planşet, 6 yeniyetməyə fotoaparat və bütün iştirakçılara isə kitap hədiyyə edilib.