Sosial Fəaliyyətlər “Mövlanadan Barış və Sevgi Damlaları” Proqramının İştirakçıları GYF-nin Qonağı Oldu

“Mövlanadan Barış və Sevgi Damlaları” Proqramının İştirakçıları GYF-nin Qonağı Oldu

14

07.04.2016-ci il tarixində T.C. Nazirlər Kabineti və Qohum Topluluklar Komitəsinin (YTB) tərəfindən dəstəklənən və Gəncə Dövlət Üniversitetinin ev sahibliyini etdiyi “Mövlanadan Barış və Sevgi Damlaları” proqramı çərçivəsində Azərbaycanda səfərdə olan Afyonkarahisar şəhərinin İcra Başçısının müavini Ahmet Ali Barış, Ərazi Ümumi Məclisinin sədri Salih Sel, Bələdiyyə başçısı Burhanettin Çoban, Bələdiyyə Məclisinin üzvü Haydar Kaya, Ərazi Milli Təhsil İdarəsinin müdir müavini Mevlüt Çinar, Anadolu Mədəniyyət, Təhsil və Araşdırma Dərnəyi Başçısı Bahri Turunc, Ərazi Milli Təhsil İdarəsinin Araşdırma-Təkmilləşdirmə Mərkəzinin işçisi və Layihə rəhbəri Göktül Akpınar və başqa qonaqlar Gəncə şəhərində oldular.

Qonaqlar orada bir neçə mühüm tədbirlərdə iştirak etməklə yanaşı o cümlədən Gəncə şəhərində təşkil edilən “Azərbaycan Şəhidlərinə Hörmət” və “Azərbaycan Silahlı Qüvvələrinə Dəstək” mitinqində Türkiyə Cumhuriyyətini təmsil etdilər.

Proqram çərçivəsində Bakıya gələn qonaqlar bir sıra dövlət idarələrini və Qeyri-Hökümət təşkilatlarını ziyarət etdilər. Bu ziyarətlərindən birində də  Gəncliyə Yardım Fondunda oldular.

Fondun kollektivi ilə görüşən qonaqlara, günü gündən inkişaf edən Azərbaycan haqqında geniş məlumat verilib və son günlərdə cəbhədə baş verən hadisələr zamanı Azərbaycan tərəfinin şücaəti və qalibiyyəti haqqında bəhs edilib.

Çay süfrəsi ərtafında davam edən görüşdə Fondun həyata keçirdiyi fəaliyyətləri özündə əks etdirən video-rolik nümayiş etdirilib. Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının Sədri Ahmet Tecim qonaqlara Azərbaycanda görülən xeyriyyə işləri və Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətləri haqqında geniş məlumat verib.

Qonaqlar Gəncliyə Yardım Fondunun bütün kollektivinə bu uğurlu fəaliyyətlərinə görə öz təşəkkürlərini bildiriblər və Fondun həyata keçirdiyi layihələrin iki dövlət arasındakı qardaşlıq əlaqələrinin daha da inkişafındakı əhəmiyyətindən danışıblar.

Görüşün sonunda qonaqlarla qarşılıqlı hədiyyələr, o cümlədən “Qarabağ: Suallar və Faktlar” və “Qardaş Köməyi” kimi milli-mənəvi dəyərlərimizi özündə əks etdirən kitablar təqdim edilib və xatirə şəkilləri çəkilib.