İnsani Yardım GYF Cəbhə bölgəsində xeyriyyə işlərini davam etdirir

GYF Cəbhə bölgəsində xeyriyyə işlərini davam etdirir

1

Gəncliyə Yardım Fondu  Tovuz rayonunda 3 ədəd əlilliyi olan və sağlamlıq imkanları məhdud şəxsləri əlil arabaları ilə təmin edib.

Tovuz rayonunda yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud vətəndaşlar əlil arabaları ilə faktiki yaşadıqları ünvanlarda, Gəncliyə Yardım Fondu  tərəfindən Aydınova Cəmilə, Şəfəq Hüseynova və Qəhrəmanov Mustafa əlil arabaları ilə təmin olundular.

Əlillərin hüquqlarının qorunması sahəsində Azərbaycanda bir sıra tədbirlər həyata keçirilib. Bu münasibətlə təşkil olunan tədbirdə Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev və Millət vəkili Qənirə Paşayeva, əlilliyi olan şəxslər və onların yaxınları iştirak ediblər.

Millət vəkili Qənirə Paşayeva  bildirib ki, əlillərin, şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Əlillərin pensiyaları, onlara edilən maddi yardımlar ildən-ilə artırılır. Prezident İlham Əliyevinin xüsusi tapşırığına əsasən, əlillərin evlə təmin olunması istiqamətində böyük işlər görülüb və görülməkdədir

Daha sonra Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev  əlil arabalarını təqdim edərkən qeyd edib ki, Əlillərin sosial müdafiəsi ilə bağlı ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi ildən-ilə gücləndirilib, onların cəmiyyətə inteqrasiyasına xidmət edən tədbirlər görülüb

Xatırladaq ki, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud vətəndaşlar yaşadıqları rayonun Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən onlara əlil arabasının verilməsi barədə qərar (arayış) verildiyi halda əlil arabası ilə təmin olunurlar.