Sosial Fəaliyyətlər GYF-də Erkən və Məcburi Nikahların Ağır Nəticələri Müzakirə Edildi

GYF-də Erkən və Məcburi Nikahların Ağır Nəticələri Müzakirə Edildi

8

Bu gün Gəncliyə Yardım Fondunun konfrans zalında, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə “Erkən Nigah Gənc Ailə və Məişət Zorakılığı” mövzusunda konfrans keçirilib. Konfransda müxtəlif universitetlərin tələbələri, gənclər və mətbuat nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açıq elan edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sədr müavini Aydın Yusifov öz çıxışında mövzunun aktuallığından bəhs edib. 

Daha sonra təşkilatçıların dəvəti ilə tədbirdə iştirak edən mütəxəssislər tərəfindən gənclərə maarifləndirici məlumatlar verilib.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) sosioloqu Ayşəm Balayevanın sözlərinə görə, qarşılıqlı istək olmadan qurulmuş ailələr çox vaxt tez dağılır, həmin ailələrdə zorakılıq halları və boşanmalar tez-tez baş verir:

İSİM-in həkim-metodisti Nərgiz Kərimova bildirib ki, erkən yaşda hamiləlik, hamiləliyin pozulması və doğuşlar dünyada ana və uşaq ölümünün əsas səbəblərindən biri hesab olunur.

“Gənc analarda doğuşdan sonra depressiya halları, yetkin yaşda analara nisbətən daha tez-tez baş verir”.

İSİM-in ictimaiyyətlə əlaqələr üzrə meneceri Nərmin İlyasova tədbirdə bildirib ki, Azərbaycanda zorakılıq qurbanlarının 75%-i hüquq-mühafizə orqanlarına müraciət etmirlər.

“Bunun əsas səbəbi isə milli adət-ənənələrdir. Ailə zorakılığı dünyada geniş yayılan faktorlardan biridir. Bu ciddi problemin qurbanlarının 95%-i qadınlar olur”.

Tədbirin sonunda mütəxəssislər gənclərin suallarına cavab verib.