“İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçirilən forumda BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondler daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonaq qatılıb. Tədbirdə Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Ahmet Tecim, və Fondun Vitse-Prezidenti Salman Əliyev də iştirak edib.
Qeyd edək ki, 25.04-2016 tarixində Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu öz işinə başlayıb.