Türkiyə Cumhuriyyəti Konya şəhərinin Meram bələdiyyəsi sədri Fatma TORU xanım və heyəti keçdiyimiz günlərdə Azərbaycanda səfərdə olublar. Səfər çərçivəsində Bakıda olan qonaqlar Gəncliyə Yardım Fondunu da ziyarət ediblər.
Fondun fəaliyyətləri haqqında qonaqlara məlumat verən Himayəçilər Şurasının sədri Ahmet Tecim bu ziyarətlərindən ötrü onlara öz dərin minnətdarlığını bildirib. Qonaqlar da həmçinin bu fəaliyyətlərindən ötrü Fonda təşəkkür edib və belə fəaliyyətlərin davamlı olmasını Allahdan niyaz ediblər.
Qeyd edək ki, ötən günlərdə Konya şəhəri və Şəki şəhəri qardaş şəhərlər elan olunmuş və bununla bağlı bir sıra tədbirlər keçirilmişdir.