16.04.2016-ci il tarixində Gəncliyə Yardım Fondu və Könüllü Gənclər İctimai Birliyinin təşkilatçılığı, TİKA Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə “Bakı Gənclik Akademiyası” layihəsi çərçivəsində bu dəfə gənclərimizin görüşünə Prof. Dr. Osman Aydınlı gəldi. Tədbiri giriş sözü ilə açıq elan edən Gəncliyə Yardım Fondu Təhsil Şöbəsinin rəhbəri İbrahim Erol Prof. Dr. Osman Aydınlı haqqında tələbələrimizə, tələbələrimiz və ümumi “Bakı Gənclik Akademiyası” haqqında Prof. Dr. Osman Aydınlıya məlumat verdi.
Prof. Dr. Osman Aydınlı “İslam mədəniyyətinin qərb mədəniyyətinə təsiri” mövzusunda tələbələrimizə məlumatlar verdi. Və əslində mədəniyyətin və elmin qərbdən şərqə yox, şərqdən qərbə getdiyi ilə bağlı bir çox faktlar ortaya qoydu.
Müsəlman ölkələrinin hazırkı vəziyyəti, qərb dünyasının müsəlmanlara olan münasibətləri, İslam dünyasından qərb dünyasına olan “beyin köçü” və bunun nəticəsində inkşafda yaranan gerilik və bir çox başqa problemlər barədə məlumatlar verdi.
Qeyd edək ki, layihə çərçivəsində “Bakı Gənclik Akademiyası”nın iştirakçılarına hələ bu dərs ilinin sonuna kimi Azərbaycanın tanınmış simaları tərəfindən müxtəlif və maraqlı mövzular haqqında seminarlar veriləcəkdir.