21.05.2016-ci il tarixində Gəncliyə Yardım Fondu və Könüllü Gənclər İctimai Birliyinin təşkilatçılığı, TİKA Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə “Bakı Gənclik Akademiyası” layihəsi çərçivəsində bu dəfə gənclərimizin görüşünə İnsan resursları üzrə tanınmış mütəxəssis Namiq Məmmədov gəldi. “İş Axtarmaq bir işdir” Mövzusunda konfrans verən qonağımız ilk öncə gənclərimizə öz həyat hekayəsindən mövzu ilə əlaqədar başına gələnlərdən danışdı.
Namiq Məmmədov CV hazırlanması, son vaxtlar xaricdə daha geniş yayılmış olan video CV haqqında tələbələrə məlumat verdi.
Daha sonra İş görüşməsinə gedərkən edilən səhvlər, sosial şəbəkələrdən daha səmərəli istifadə haqqında tələbələrlə dəyərli təcrübələrini bölüşdü. Sonda gənclərin suallarını cavablandırdı.
Qeyd edək ki, layihə çərçivəsində “Bakı Gənclik Akademiyası”nın iştirakçılarına hələ bu dərs ilinin sonuna kimi Azərbaycanın tanınmış simaları tərəfindən müxtəlif və maraqlı mövzular haqqında seminarlar veriləcəkdir.