Bu gün 20 iyun – Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə ölkəmizdəki qaçqın, məcburi köçkün və sığınacaq axtaran şəxslərə son 20 ildə Azərbaycan dövlətinin, donor ölkələrin və beynəlxalq humanitar təşkilatların qayğısına həsr olunan film nümayiş etdirilib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Dövlətqaçqınkomun sədri bu ilin aprelində Ermənistan ordusunun qoşunların təmas xəttində törətdiyi təxribatın qarşısının alındığını, aprelin 2-5-də Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqları geri qaytarmağa hazır olduğunu göstərdiyini vurğulayıb. O deyib ki, Azərbaycan münaqişənin sülh yolu ilə, ədalətli həllinin tərəfdarıdır. Prezident İlham Əliyev erməni analarının da gözüyaşlı qalmasını istəmədiyini bildirib.
Qeyd edək ki, bugün Bakı şəhərində Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir həyata keçirilib. Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Gəncliyə Yardım Fondunun Himayəçilər şurasının sədri Ahmet Tecim, Fondun İcraçı katibi Sedat Demir və bir sıra dövlət xadimləri də iştirak ediblər.