İnsani Yardım Yardımlaşma Ayında GYF Ənənəsinə Sadiq Qaldı

Yardımlaşma Ayında GYF Ənənəsinə Sadiq Qaldı

6

Uzun illərdir Azərbaycanda xeyriyyə fəaliyyətlərini davam etdirən Gəncliyə Yardım Fondu paylaşma və yardımlaşma ayı olan Mübarək Ramazan ayı ərəfəsində də bu ənənəsinə sadiq qaldı.

23.06.2016 tarixində Gəncliyə Yardım Fondu, Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində Bakı şəhəri Nərimanov rayonu ərazisində yaşayan 50 görmə qabiliyyəti məhdud və aztəminatlı ailəyə ərzaq yardımı edib.

Qeyd edək ki, bununla birlikdə Gəncliyə Yardım Fondu tərəfindən Ramazan ayı boyunca imkansız ailələrə, şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə iftar süfrələri açılır və Ramazan bayramına 3 gün qalmışa qədər bu xeyriyyə fəaliyyəti davam edir.