İnsani Yardım GYF-dən Növbəti Xeyriyyə Aksiyası

GYF-dən Növbəti Xeyriyyə Aksiyası

10

Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin Bakı Koordinatorluğu (TİKA) və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun dəstəyi ilə Bakı şəhərində 37 nəfərə əlil arabası təqdim olunub.

Tədbiri giriş sözü ilə açıq elan edən  TİKA-nın Bakı koordinatoru Mustafa Haşim Polat bildirib ki,əlillərlə bağlı bu kimi müxtəlif xeyriyyə tədbirləri daha əvvəllər də həyata keçirilib və gələcəkdə də keçiriləcək. TİKA-nın müxtəlif xeyriyyə fəaliyyətlərindən söz açan natiq bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti təkcə bununla kifayətlənmir. Eyni zamanda kənd təsərrüfatına verdikləri dəstəyi vurğulayaraq gələcəkdə bu kimi layhələrin daha da uğurla həyata keçməsi üçün əllərindən gələn dəstəyi verəcəklərini qeyd edib.

 “Biz Azərbaycanda Türkiyə dövlətinin xeyriyyəçilik missiyasını həyata keçiririk. Biz bu böyük işin məsuliyyətini çox yaxşı dərk edirik” – deyə TİKA-nın Bakı koordinatoru qeyd edib.

Gəncliyə Yardım Fondunun Himayədarlar Şurasının sədri Əhməd Tecim əlillərə göstərilən diqqət və qayğıdan danışıb. O qeyd edib ki, Gəncliyə Yardım Fondu hər zaman ehtiyac sahibi insanlara  dəstək olmuş və gələcəkdə də bu kimi xeyriyyə layihələrində onların yanında olacaq. TİKA-nın Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən Əhməd Tecim TİKA-nın Bakı koordinatoru Mustafa Haşim Polata dərin təşəkkürlərini bildirərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Çıxışı zamanı natiq son zamanlarda Türkiyə Cumhuriyyətində baş verən çevriliş cəhdindən danışaraq bu kimi hadisələri pisləyib və bu hadisələr zamanı şəhid olan insanların ailələrinə səbr diləyərək onları yad edib. Bu hadisələr zamanı Türkiyəyə ilk dəstək olan Azərbaycan prezidenti İlham Əliyevi xüsusi olaraq vurğulamış, və Azərbaycan xalqına və prezidentinə dərin təşəkkürünü bildirib.

Tədbirdə söz alan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Adət İbrahimov Azərbaycan dövlətinin əlillərə qayğısından bəhs edib. TİKA və Gəncliyə Yardım Fondunun bu gözəl təşəbbüsündən danışaraq onlar xüsusi olaraq təşəkkür edib.

Layihə çərçivəsində qeyd olunub ki, TİKA və Gəncliyə Yardım Fondunun maliyyə dəstəyi ilə ölkə üzrə ümumilikdə 170 nəfərə əlil arabası verilib. Bunlardan 36 ədəd Zaqatala, Balakən bölgəsində, 24 ədəd İsmayıllı, Qəbələ bölgəsində, 37 ədədi Bakıda, ayın 30-u Saatlı, Sabirabad bölgəsinə, daha sonra Şəkiyə və digər bölgələrdə davam etdiriləcək.

Tədbirin sonunda əlil gənclərə sertfikatlar və əlil arabaları sahiblərinə təhvil verilib.