İnsani Yardım GYF və TİKA Regionlarda Əngəlsiz Həyata İmza Atır

GYF və TİKA Regionlarda Əngəlsiz Həyata İmza Atır

8

Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin Bakı Koordinatorluğu (TİKA) və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun dəstəyi ilə əlil arabalarının təqdim olunması uğurla davam etməkdədir. 30.07.2016 tarixində Saatlı rayonunda Saatlı və Sabirabadan olan 19 əlilə əlil arabaları təqdim olunub.

Saatlı rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə giriş sözü ilə çıxış edən Saatlı rayon İcra Hakimiyyətinin İctimai-siyasi humanitar məsələləri şöbəsinin əməkdaşı Azər Həsənov TİKA Bakı Koordinatorluğuna və Gəncliyə Yardım Fonduna dərin təşəkkürünü bildirib. Əlillərə göstərilən yüksək diqqət və qayğıya görə  Saatlı rayon İcra başçısının xüsusi təşəkkürünü çatdıran natiq bu kimi tədbirlərin rayonda ilk olmadığını qeyd edib. 

Çıxışının yekununda Gəncliyə Yardım Fonduna və TİKA Bakı Koordinatorluğuna gələcək fəaliyyətlərində uğurlar arazulayıb.

Tədbirdə iştirak edən TİKA-nın Bakı koordinatoru Mustafa Haşim Polat bildirib ki, əlillərə diqqət və qayğının artırılması üçün imkanlı şəxslərin bu kimi layhələrə cəlb edilməsini tövsiyyə edib. Saatlı rayonunun yad bir rayon olmadığını vurğulayaraq TİKA-nın bu rayonda gördüyü işlərdən danışıb. Sonda rayon İcra hakimiyyətinə göstərdiyi yüksək qayğı və diqqətə görə təşəkkürünü bildirib.

Çıxış zamanı Gəncliyə Yardım Fondunun vitse prezidenti Salman Əliyev bu kimi tədbirlərin ilk olmadığını və gələcəkdə də davam edəcəyini vurğulayıb. Fondu tarixindən və fəaliyyətindən  danışaraq tədbir iştirakçılarını məlumatlandıran natiq rayon icra hakimiyyətinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Tədbirin sonunda Saatlı və Sabirabad rayonundan olan 19 ailəyə əlil arabası paylanıb.