Təhsil Fəaliyyətləri Bakı Gənclik Akademiyası” Öz İşinə Başladı

Bakı Gənclik Akademiyası” Öz İşinə Başladı

3

29 oktyabr 2016-ci il tarixində Gəncliyə Yardım Fondu və Könüllü Gənclər İctimai Birliyinin təşkilatçılığı, TİKA Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə “Bakı Gənclik Akademiyası” layihəsinə yenidən strat verilib. Tədbiri giriş sözü ilə açıq elan edən “Bakı Gənclik Akademiyası” kordinatoru Vəfadar Babayev ötən ilki layihə haqqında və bu il layihə çərçivəsində gənclərimizi gözləyən yeniliklər barədə məlumat verdi.

Daha sonra söz layihə çərçivəsində təşkil olunan konfransa dəvət edilmiş Gəncliyə Yardım Fondu Himayəçilər Şurasının sədri Ahmet Tecim bəyə verildi. Ahmet bəy, Azərbaycan gəncliyinə yönəlmiş dövlət qayğısından və fondun gənclər sahəsində gördüyü işlərdən, dövlətimizin uğurlu gələcəyi üçün gənclərin qarşısında duran prioritet vəzifələrdən danışıb. 

Qeyd edək ki, layihə çərçivəsində “Bakı Gənclik Akademiyası”nın iştirakçılarına bu dərs ilinin sonuna kimi Azərbaycanın tanınmış simaları tərəfindən müxtəlif və maraqlı mövzular haqqında seminar və konfranslar veriləcəkdir.