05 noyabr 2016-ci il tarixində Gəncliyə Yardım Fondu və Könüllü Gənclər İctimai Birliyinin təşkilatçılığı, TİKA Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə “Bakı Gənclik Akademiyası” layihəsi çərçivəsində gənclərimizin görüşünə İnsan Resursları üzrə mütəxəssis, təlimçi Namiq Məmmədov gəldi. Tədbiri giriş sözü ilə açıq elan edən “Bakı Gənclik Akademiyası” kordinatoru Vəfadar Babayev təlimçi Namiq Məmmədov haqqında tələbələrimizə, tələbələrimiz və ümumi “Bakı Gənclik Akademiyası” haqqında Namiq bəyə məlumat verdi.
Namiq bəy, “İş axtarmaq, bir işdir” mövzusunda tələbələrimizə seminar verdi. Qonaq, Seminar çərçivəsində, müsahibəyə hazırlıq, iş görüşməsində edilən səhvlər, CV hazırlanmasında diqqət edilməsi lazım olan xüsuslar və bir çox mövzuda gənclərimizin gələcək həyatında onlara lazım olacaq məlumatlar verdi.
Qeyd edək ki, layihə çərçivəsində “Bakı Gənclik Akademiyası”nın iştirakçılarına hələ bu dərs ilinin sonuna kimi Azərbaycanın tanınmış simaları tərəfindən müxtəlif və maraqlı mövzular haqqında seminarlar veriləcəkdir.