Sosial Fəaliyyətlər “Gənclik və Dövlət Müstəqilliyi Gələcəyə Baxış” Mövzusunda Gənclərin Respublika ‎Konfransı Keçirilib

“Gənclik və Dövlət Müstəqilliyi Gələcəyə Baxış” Mövzusunda Gənclərin Respublika ‎Konfransı Keçirilib

7

Noyabrın 10-da Bakıda “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda gənclərin respublika konfransı keçirilib.

Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan konfransda Azərbaycan Respublikası Prezidentinin İctimai-Siyasi Məsələlər üzrə köməkçisi Əli Həsənov, Gənclər və İdman Naziri Azad Rəhimov, Milli Məclisin deputatları, Gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Müstəqilliyin qorunmasında və dövlət quruculğunda gənclərin rolundan danışan Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, ötən illərin  gəncliyi ilə bugünün gəncliyi arasında böyük fərq olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Gənclər və İdman Naziri Azad Rəhimov gənc idmançıların ötən dövr ərzində 8560 medal əldə etdiyini nəzərə çatdırıb. Azərbaycanda keçirilən idman tədbirlərindən danışan Azad Rəhimov xatırladıb ki, gələn il Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək: “Gənclərimizin hər biri bayrağımızı yüksəltməyə hazır olmalıdır” deyərək qeyd edib.

Milli Məclisin Gənclər və İdman Komitəsinin Sədri Fuad Muradov ölkədə həyata keçirilən gənclər siyasətindən söz açıb və bildirib ki bu kimi tədbirlərin həyata keçirilməsi gənclərimizin həyatında müsbət addımlar atmaqdadır.

Tədbirdə Gəncliyə Yardım Fondunun nümayəndə heyəti də iştirak edib. Tədbirin sonunda çıxış edən idmançılar müstəqillik illərində qazanılan uğurlardan danışıblar. Sonda tədbir çıxışlarla yekunlaşıb.