Sosial Fəaliyyətlər “Seyid Yəhya Şirvani və Xəlvətilik” Kitabının Təqdimat Mərasimi ‎Keçirildi

“Seyid Yəhya Şirvani və Xəlvətilik” Kitabının Təqdimat Mərasimi ‎Keçirildi

18

Noyabr ayının 11 –də Gəncliyə Yardım Fondununun Hacı Zeynalabdin Tağıyev adına konfrans salonunda Nəzakət Məmmədlinin müəllifi olduğu “Seyid Yəhya Şirvani və Xəlvətilik” kitabının təqdimatı olub. Tədbirdə iştirak edənlər arasında Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim, Uluslararası Kalkınma və İşbirliği Derneği Başqanı Musa Serdar Çelebi, TİKA Baku Koordinatörü Adəm Urfa, Bakı Dövlət Universiteti İlahiyyat Fakultəsinin dekanı Osman Aydın, AMEA Əlyazmalar İnstitutunun şöbə müdiri Azadə Musabəyli iştirak edib.

Kitabın ərsəyə gəlməsində böyük əməyi olan Türkdilli Dövlətlər Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanov giriş sözü ilə çıxış edərək, kitab barəsində ətraflı məlumat verib. Kitabın hazırlanması, nəşrə getməsinə görə Gəncliyə Yardım Fondunun Prezidentinə öz təşəkkürünü bildirib. Maddi və mənəvi dəstəyinə görə isə Uluslararası Kalkınma və İşbirliği Derneği Başqanı Musa Serdar Çelebiyə öz minnətdarlığını bildirən natiq eyni zamanda Musa Serdar Çelebinin bir Seyid Yəhya aşiqi olduğunu da dilə gətirdi.

Tədbirdə çıxış edən Musa Serdar Çelebi çıxış edərək qey edib ki, bu kitabın verdiyi ilhamla, açdığı yolla Seyid Yəhya Şirvaninin daha da araşdırılması yönündə böyük uğurlara imza atılacağını bildirib. Seyid Yəhya Şirvanin dünya miqyasında tanıdılması baxımında bu kitabın daha da əhəmiyyətli olacağını qeyd edib.

Sonra çıxış üçün söz Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecimə verilib. Ahmet Tecim çıxışı zamanı bildirib ki, Seid Yahya Şirvaninin adının anıldığı, kitabının təqdim edildiyi, könüllərimizin hüzur tapdığı belə bir tədbirə ev sahibliyi etməyin bir böyük qürur hissi olduğunu qeyd edib. İşığı ətrafında toplaşdığımız bu kitabın böyük əhəmiyyətə malik olduğunu bildirən Ahmet Tecim, Seyid Yəhya Şirvaninin  Azərbaycandan bütün dünyaya doğan bir günəş olduğunu bildirib.

Tədbirdə çıxış edən TİKA Baku Koordinatörü Adəm Urfa Azərbaycanın çox zəngin bir mədəniyyətə malik olduğunu bildirib. Tarix boyu dahi şəxsiyyətlər yetişdirən bu torpaqların Nizamilər, Füzulililər və ən əsası Seyid Yəhya Şirvani kimi dahi bir şəxsiyyətin yetişdirdiyini göz önünə çəkib.

Kitabın müəllifi Nəzakət Məmmədli çıxış edərək kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə öz təşəkkürünü bildirib. Seyid Yəhya Şirvanidən və xəlvətilikdən danışan müəllif eyni zamanda bütün dünyanı işıqlandıran bir nur olduğunu qeyd edib.  Ümumiyyətlə müəllif  Seyid Yəhya Şirvaninin təlimində əhli sünnət və əhlibeyt sevgisi  söz açaraq hər ikisinin paralel bir şəkildə irəlilədiyini  və buna görə də Osmanlı hökümdarlarının hər birinin yanında bir xəlvəti şeyxi olduğunu qeyd edib.

Sonda Bakı Dövlət Universiteti İlahiyyat Fakultəsinin dekanı Osman Aydın, AMEA Əlyazmalar İnstitutunun şöbə müdiri Azadə Musabəyli çıxış edərək müəllifi təbrik edib və uğurlarının davamını arzulayıblar.