İnsani Yardım Onun Sevinci Hər Şeyə Dəyər

Onun Sevinci Hər Şeyə Dəyər

11

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Məlahət İbrahimqızının təşəbbüsü və Gəncliyə Yardım Fondunun maaliyə dəstəyi ilə Bakı şəhəri ikinci Alatava ərazisində yaşayan 20 yaşlı Mirzəyev Novruz İlham oğluna bir ədəd əlil arabası təqdim olunub. Təqdimetmə zamanı Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev iştirak edərək əlil arabasını təqdim edib. Gəncliyə Yardım Fondunun xeyriyyə aksiyalarından danışaraq qısa bir məlumat verib. Təkcə 2016-cı il ərzində 170-dən çox əlil arabasının paylandığını söyləyərək bu kimi yardım aksiyalarının gələcəkdə də davam edəcəyini vurğulayıb.