Sosial Fəaliyyətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Yanındayıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Yanındayıq

1

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Kayseridə törədilmiş amansız terror aktına görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Kayseridə törədilmiş amansız terror aktı nəticəsində türk əsgərlərinin şəhid olması və yaralanması xəbəri bizi son dərəcə kədərləndirdi.

Biz bu qanlı hadisəni lənətləyir, dəhşətli bəlaya çevrilmiş terrorizmə qarşı mübarizənizdə Sizi dəstəkləyir və daim qardaş Türkiyənin yanındayıq.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”