Sosial Fəaliyyətlər GYF-da Tələbələr Arasında İntellektual Oyun Keçirilib

GYF-da Tələbələr Arasında İntellektual Oyun Keçirilib

10

Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adna konfrans  zalında 11.03.2017 tarixində fondun tələbələri arasında intellektual bilik yarışması keçrilib. Müsabiqədə ümumilikdə beş komanda iştirak edib və ilk üç yerin qalibləri müəyyənləşdirilib. Müsabiqə üç turdan ibarət olmaqla hər turda iyirmi sual səsləndirilib. Müsabiqə boyunca ümumilikdə altmış sual konadalara təqdim olunub. Müsabiqədə iştirakçılara dəstək olmaq üçün Gəncliyə Yardım Fondunun Təhsil şöbəsinin rəhbər heyəti iştirak edərək öz ürək sözlərini bildirib. Gəncliyə Yardım Fondunun Təhsil şöbəsinin Bakı Koordinatoru Rüfət Şirinov çıxış  edərək bu kimi intellektual oyunların tələbələrin bilik səviyyəsinin daha yüksək səviyyəyə çatmasına bir vassitə olduğunu qeyd edib. Sonda natiq komandalara uğurlar arzulayıb.

Hər turun sonunda tələbələr tərfindən təşkil olunmuş kiçik səhnəciklər qonaqlara və iştirakçılara təqdim olunub. Müsabiqənin sonunda qaliblər müşafatlandırılıb.