Sosial Fəaliyyətlər Cəbhə Bölgəsində Ehtiyac Sahibi Ailələrlə Görüş Keçirildi

Cəbhə Bölgəsində Ehtiyac Sahibi Ailələrlə Görüş Keçirildi

4

09.04.2017-ci il tarixində Gəncliyə Yardım Fondunun nümayəndə heyəti və millət vəkilləri Qənirə Paşayeva və Sona Əliyevanın iştirakı ilə Tovuz və Şəmkir rayonlarında  sağlamlıq imkanı məhdud  ailələr ziyarət olunub. Ziyarət zamanı Şəmkir rayonundan iki, Tovuz rayonundan isə beş ümumilikdə yeddi sağlamlıq imkanı məhdud şəxsə əlil arabası təqdim olunub.

Təqdimetmə mərasimində Gəncliyə Yardım Fondunun vitse prezidenti Salman Əliyev əlil arabalarını təqdim edərək fondumuzun fəaliyyəti haqda məlumat verib. Ehtiyac sahibi ailələrə əlil arabaları ilə yanaşı ərzaq yardımı da təqdim edilib. Ehtiyac sahibləri Gəncliyə Yardım Fondunun onlara göstərdiyi diqqət və qayğıya görə öz təşəkkürlərini bildirib.

Qeyd edək ki, nümayəndə heyəti adı qeyd olunan rayonlarda aprel döyüşlərində vətənimizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin anım mərasimində iştirak edib.