Təhsil Fəaliyyətləri ‎“İslam Əməkdaşlıq Təşkilatı Modeli – Beynəlxalq Münasibətlər Akademiyası” ‎Proqramının Qalibləri Mükafatlandırılıb

‎“İslam Əməkdaşlıq Təşkilatı Modeli – Beynəlxalq Münasibətlər Akademiyası” ‎Proqramının Qalibləri Mükafatlandırılıb

0

3 May 2017-ci il tarixində “İslam Əməkdaşlıq Təşkilatı Modeli- Beynəlxalq Münasibətlər Akademiyası” beynəlxalq təhsil layihəsi həyata keçirilib. Artıq 7 ildir həyata keçirilən bu forumda 800-ə yaxın tələbə işkirak edib. Tədbirdə Bakı şəhərində akkreditə olunmuş səfirləri, səfirliklərin əməkdaşları müxtəlif beynəlxalq və yerli dövlət qurumları, o cümlədən Gəncliyə Yardım Fondunun prezidenti və vitse-prezidenti iştirak edib. Ənənəvi olaraq qalib qruplar və iştirakçılar beynəlxalq sertifikat və xüsusi mükafatlarla təltif olunub. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim xüsusi sertifikat ilə mükafatlandırılıb. Tədbirdə söz alan Cənab Ahmet Tecim gənclərə müxtəlif sahələr üzrə biliklərini daim artırmağı və təkmilləşdirməyi tövsiyə edib, onlara bu işdə uğurlar arzulayıb.

Tədbirin sonunda Bakıda keçirilən simulyasiya oyunlarında xüsusi bilik və bacarığı ilə seçilmiş beş Azərbaycanlı tələbə “İƏT Modeli” yarışmalarına qatılmaq hüququ əldə edib.