İnsani Yardım Onlar Artıq Daha Xoşbəxtdir

Onlar Artıq Daha Xoşbəxtdir

2

13.05.2017-ci il tarixində Gəncliyə Yradım Fondunun nümayəndə heyəti Nərimanov rayonunda sağlamlıq imkanı məhdudiyyəti olan iki əlili ziyarət edib. Sağlamlıq imkanı məhdud olan Qarayev Yavər İsbəndiyar oğlu və İbrahimova Könül Qabil qızına əlil arabası təqdim olunub. Ehtiyac sahibləri də öz növbəsində Gəncliyə Yardım Fonduna, onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Gəncliyə Yradım Fondunun xeyriyyə işləri haqqında məlumat verən nümayəndə heyəti gələcəkdə də bu kimi aksiyaların davam edəcəyini vurğulayıblar. Qeyd edək ki fondun bu kimi xeyriyyə aksiyaları Azərbaycanın hər bir bölgəsində həyata keçirilməkdədir.