17 May 2017-ci il tarixində Gəncliyə Yardım Fondunun əməkdaşları Yasamal rayonunda sağlamlıq imkanı məhdudiyyəti olan Həsənov Fuad İbrahim oğlunu ziyarət edib. Ziyarət zamanı sağlamlıq imkanı məhdud olan Həsənov Fuada Gəncliyə Yardım Fondu tərəfindən əlil arabası təqdim olunub. Ailə üzvüləri o cümlədən əlilin anası Həsənova Südabə Gəncliyə Yardım Fonduna göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, bu kimi tədbirlərin həyata keçirilməsi Gəncliyə Yardım Fondunun davamlı xeyriyyə aksiyalarındandır və Azərbaycanın hər bir bölgəsində həyata keçirilməkdədir.