Sosial Fəaliyyətlər Türkiyədən Gələn Qonaqlar GYF-ni Ziyarət Edib

Türkiyədən Gələn Qonaqlar GYF-ni Ziyarət Edib

14

16.05.2017-ci il tarxində Türkiyə Cumhuriyyəti Bakı Böyük Elçiliyinin təşkilatçılığı ilə Türkiyənin Şanlıurfa valisi Güngör Azim Tunanın temsil etdiyi Çanaqqala, Eskişehir, Ankara ve Balıkesidən olan 50-yə yaxın gənc Azərbaycanda səfərdə olub. Səfər zamanı qonaqlar Bakıda tarixi və mədəniyyət abidələri ilə o cümlədən şəhərin  gəzməli-görməli yerləri ilə  yaxından tanış olublar. Daha sonra qonaqlar Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət zamanı qonaqlara fondun fəaliyyəti haqqında fond rəhbərliyi tərəfindən məlumat verilib. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara fondumuzu ziyarət edtdikləri üçün təşəkkürünü bildirib. Görüşdə T.C Bakı Böyük Elçiliyinin Mətbuat Müşaviri Hamit Karadeniz çıxış edərək Gəncliyə Yardım Fonduna belə qonaqpərvəliyinə görə minnətdarlığını bildirib.

Görüşdə eyni zamanda Şanlıurfa valisinin köməkçisi Adil Bayraktar ve valiliyin protokol müdiri Musatafa Özsoy və Türkiyə Könüllü Təhsil nümayəndələri dərnəyinin nümayəndəsi Doç.Dr. İbrahim Erdoğan da iştirak edib.

Görüşün sonunda qonaqlara xatirə hədiyyəsi olaraq “Keçmişdən günümüzə Azərbaycan-Türkiyə xeyriyyəçilik ənənəsi- QARDAŞ KÖMƏYİ”  və Qarabağ problemini özündə əks etdirən “Qarabağ: suallar və faktlar” kitabını təqdim edib və xatirə şəkili çəkilib.