Sosial Fəaliyyətlər Gənclərə “Mədəniyyətlərarası Zəka” Mövzusunda Seminar Verildi

Gənclərə “Mədəniyyətlərarası Zəka” Mövzusunda Seminar Verildi

6

20 may 2017-ci il tarixində XIII Beynəlxalq Elm, İqtisadiyyat və İdarəçilik konfransında iştirak etmək üçün Azərbaycanda rəsmi səfərdə olan Türkiyədən Səbahəttin Zaim Universitetinin icraçı katibi Dr. Ömər Faruk Özbəyin Gəncliyə Yardım Fondu və Könüllü Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə qurulan “Bakı Gənclik Akademiyası”nın gəncləri ilə görüşü keçirirlib. Tədbiri giriş sözü ilə açıq elan edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonağa “Bakı Gənclik Akademiyası”nın iş prinsipi haqqında məlumat verdi.

Daha sonra Dr. Ömər Faruk Özbək,  gənclərə Mədəniyyətlərarası Zəka mövzusunda seminar verdi.

Qonaq, Seminar çərçivəsində, Müasir dövrdə qərbə inteqrasiya çərçivəsində milli kimliyi unutmamaq üçün gənclərə bir çox məsləhətlər verdi.

Tədbirdə Türkiyənin Mədəniyyət Nazirliyinin əməkdaşı Osman Akyüzdə Gənclərlə öz ürək sözlərini paylaşıb.

Qeyd edək ki, layihə çərçivəsində “Bakı Gənclik Akademiyası”nın iştirakçılarına hələ bu dərs ilinin sonuna kimi Azərbaycanın tanınmış simaları tərəfindən müxtəlif və maraqlı mövzular haqqında seminarlar veriləcəkdir.