İnsani Yardım Ramazan Ayında Ehtiyac Sahibi Ailələr Unudulmadı

Ramazan Ayında Ehtiyac Sahibi Ailələr Unudulmadı

21

Gəncliyə Yardım Fondu hər il olduğu kimi bu il də mübarək Ramazan ayı boyunca ehtiyac sahibi ailələri unutmadı. Ramazan ayının əvvəlindən etibarən fonda müraciət etmiş və nəzarət-təftiş komissiyasının təsdiqlədiyi ailələr bir-bir ünvanlarında ziyarət edilərək ərzaq paketi yardımı təqdim edilir. Bu xeyriyyə işində əsas məqsəd mübarək Ramazan ayında ehtiyac sahibi ailələri ziyarət etmək, onların ehtiyaclarını qarşılamaq və bu ayı bayram sevinci içərisində yaşamalarına vəsilə olmaqdır. Bununla birlikdə hər gün fondun H.Z. Tağıyev adına konfrans zalında 200 nəfər üçün iftar süfrəsi açılır və bu iftar süfrələrində cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar iştirak edir.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu bu kimi xeyriyyə fəaliyyətlərini Türkiyənin ən qabaqcıl vəqflərindən olan partnyor təşkilat Əziz Mahmud Hüdayi Vəqfi ilə birlikdə həyata keçirir.