Sosial Fəaliyyətlər Gənclər Təşkilatları Milli Şurasının İllik Hesabatı Tədbiri Keçirilib

Gənclər Təşkilatları Milli Şurasının İllik Hesabatı Tədbiri Keçirilib

3

17.06.2017-ci il tarxində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının İllik Hesabat Tədbiri və Üzvlərinin Məclisi həyata keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə məclis açıq elan edilib. Məclisin başlanması üçün yetərsay müəyyən edilib, gündəlik təsdiq olunub. Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov ARGTMŞ üzvlərinin statusu ilə bağlı səsvermənin həyata keçirilməsi ilə bağlı öz təkliflərini iclas iştirakçılarına çatdırıb.

 Məclisdə iştirak edən Təşkilat Rəhbərləri öz irad və təkliflərini bildirb. İclasda Gəncliyə Yardım Fondunun vitse prezidenti Salman Əliyev iştirak edərək öz təkliflərini irəli sürüb. Yetərsayın müəyyən edilməsinin ardından Mərkəzi Nəzarət Təftiş Komissiyası tərəfindən yarımillik üzrə hesabat təqdim edilib.

Məclisin yekunlaşmasının ardından məclis iştirakçıları ilə xaitərə şəkli çəkilib.