T.C. Bakı Böyükelçiliyinin təşkilatçılığı ilə Nobel Mükafatı Laureatı Aziz Sancar Azərbaycanda təhsil alan müxtəlif universitetlərin tələbələri ilə görüşüb. Tədbirdə Gəncliyə Yardım Fondunun Gənclik Akademiyasının tələbələri də iştirak edib.
Dr. Aziz Sancar tələbələr qarşısında çıxış edərək həyatda uğur qazanmağın ən başlıca formulları haqqında maraqlı məlumatlar verib. Azərbaycandan gələn təklifi düşünmədən qəbul etdiyini deyən alim Azərbaycanla Türkiyə arasındakı münasibətləri də yüksək qiymətləndirib.
Dr. Aziz Sancar nöbel mükafatının böyük bir naliyyət olduğunu, ancaq hər şey olmadığını qeyd edib. Bunun üçün gənclərə vətənləri millətləri üçün faydalı işlər görməyi və bu yolda uğur qazanmaq üçün də daha çox çalışmalarını tövsiyə edib. Daha sonra Türk dünyasının fəxri olan alim, tələbələrin bir-birindən maraqlı suallarını cavablandırıb.
Biz də fürsətdən istifadə edib, Gəncliyə Yardım Fondu adından belə dəyərli insanla görüşə təşkilatçılıq etdiklərinə görə başda Türkiyə Cumhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Erkan Özoral olmaqla səfirliyimizin bütün əməkdaşlarına təşəkkür edirik.